Tramp ABŞ-Meksika-Kanada Ticarət Sazişini imzaladı

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp, Konqresin yaxınlarda təsdiqlədiyi ABŞ-Meksika-Kanada Ticarət Sazişini imzaladı.

1350076
Tramp ABŞ-Meksika-Kanada Ticarət Sazişini imzaladı

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan imza mərasimində etdiyi çıxışında: “Şimali Amerika Sərbəst Ticarət Sazişini (NAFTA) əvəzləyən yeni razılaşma Amerika işçilərinin xeyrinə olan maddələr ehtiva edir”.

Vəzifəyə başladığı gündən bəri az və orta gəlirə sahib ABŞ vətəndaşlarının vəziyyətlərinin yaxşılaxdırılması uğrunda səy etdiyini ifadə edən Tramp uzun illərdir Amerika prezidentləri NAFTA-nı əvəz edəcəklərinə dair söz verdiklirini lakin bu vədlərə əməl etmədiklirini sözlərinə əlavə edib.

ABŞ vitse-prezidenti Mayk Pence de çıxışında prezident Tramp-a NAFTA-nın dəyişdirilməsi prosesinə dəstəyinə görə təşəkkür edib.

 



Әlaqәli Xәbәrlәr