Çində koronavirusa yoluxanların və ölənlərin sayı

Çində yeni növ Koronovirus 2019-nCoV virusu epidemiyasından ölənlərin sayı 132-yə, epidemiyaya yoxulanların sayı isə 5 min 974-ə çıxıb.

1349218
Çində koronavirusa yoluxanların və ölənlərin sayı

Çində yeni növ Koronovirus 2019-nCoV virusu epidemiyasından ölənlərin sayı 132-yə, epidemiyaya yoxulanların sayı isə 5 min 974-ə çıxıb.

Çin Xalq Cümhuriyyəti Milli Səhiyyə Komisyasının məlumatına görə, Tibet muxtar bölgəsini çıxmaqla ölkə miqyasında yayılan Koronovirus 2019-nCoV virusu epidemiyasından 132 nəfər həyatını itirib, epidemiyaya yoluxanların sayı isə 1239-nun vəziyyəti ağır olmaqla 5 min 974-ə çıxıb.

Bununla yanaşı virusa yoluxduğu şübhəli bilinən insan sayı 9 min 239 olduqda, virusdan təsirlənən şəxslərlə hər hansı şəkildə temasda olduğuna görə müşahidə altında saxlanılanların sayı 59 min 990-a çatıb.

İndiyədək sağalaraq xəstəxanadan çıxarılan xəstələrin sayı isə 103 olub.

Ayrıca, Çin ərazilərindən kənarda virusdan təsirlənən insan sayı Honkonq Xüsusi İdarə Bölgəsində 8, Makau Xüsusi İdarə Bölgəsində 7-yə çıxıb.

Koronovirusun mərkəzi sayılan Hubey əyalətində epidemiyanın təsirində olan adam sayı 3 min 554-ə çıxdıqda, can itkisinin 125-i bu əyalətdə qeyd alınıb.

“Ölkə miqyası yeni tip koronovirus epidemiyası anlıq əhvalatlar” platformasının məlumatına görə, epidemiya Çindən başqa Taylandda 14, Yaponiyada 7, Sinqapurda 5, ABŞ-da 5, Avstraliya, Fransa, Almaniya və Cənubi Koreyada 4, Malayziyada 3, Vyetnamda 2, Nepal, Kanada, Kamboca və Şri Lankada 1 nəfərdə qeydə alınıb.



Әlaqәli Xәbәrlәr