İraqda diplomatik nümayәndәliyi olan ölkәlәr aksiyaçılara edilәn sәrt müdaxilәyә reaksiya göstәrib

İraqda diplomatik nümayәndәliyi olan 16 ölkә etiraz aksiyalarına edilәn sәrt müdaxilәyә sәrt reaksiya göstәriblәr.

1348743
İraqda diplomatik nümayәndәliyi olan ölkәlәr aksiyaçılara edilәn sәrt müdaxilәyә reaksiya göstәrib

 

 

İraqda diplomatik nümayәndәliyi olan 16 ölkә etiraz aksiyalarına edilәn sәrt müdaxilәyә sәrt reaksiya göstәriblәr.

Amerika Birlәşmiş Ştatları,  Almaniya, Çexiya, Finlandiya, Fransa, Xorvatiya, Hollandiya, Böyük Britaniya, İspaniya, İsveç, İtaliya, Kanada, Macarıstan, Norveç, Polşa və Rumıniyanın İraqdakı diplomatik nümayәndәliklәri bu ölkәdә keçirilәn etiraz aksiyalarına edilәn sәrt müdaxilәni qınamaq mәqsәdi ilә birgә açıqlama veriblәr.

Açıqlamada deyilir: ‘‘İraq tәhlükәsizlik qüvvәlәrinin yanvarın 24-dәn etibarәn Bağdad, Nasıriyә vә Bәsrә vilayәtlәrindә davam edәn etiraz aksiyalarına sәrt müdaxilәsini qınayırıq.

Hökumәtin verdiyi sözlәrә baxmayaraq tәhlükәsizlik qüvvәlәrinin hәqiqi güllәlәrlә nümayişçilәrә atәş açdığı bildirilәn açıqlamada çox sayda adamın hәlak olduğu vә ya yaralandığı, bәzilәrinin isә girov götürüldüyü vurğulanıb.

Qeyd edәk ki, 2019-cu ilin 1 oktyabr tarixindәn  etibarən İraqda korrupsiya, infrastrukturun olmaması, işsizlik və xarici qüvvәlәrin ölkənin daxili  mәsәlәlәrinә müdaxilәsi kimi müxtəlif səbəblərdən hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

İraq təhlükəsizlik qüvvələri ötən həftədən bəri Bağdad, Zikar, Bəsrə və digər əyalətlərdə keçirilәn etiraz aksiyalarına çox sәrt müdaxilә edir.



Әlaqәli Xәbәrlәr