Fələstin Donald Trampın açıqlayacağı sülh planına reaksiya göstərməkdə davam edir

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin məsələsinə dair “Əsrin razılaşması” deyə adlandırdığı sözdə sülh planını bu gün açıqlayacaq.

1348994
Fələstin Donald Trampın açıqlayacağı sülh planına reaksiya göstərməkdə davam edir

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin məsələsinə dair “Əsrin razılaşması” deyə adlandırdığı sözdə sülh planını bu gün açıqlayacaq.

Fələstin isə plana reaksiyasını göstərməkdə davam edir.

Fələstin dövlət başçısı Mahmud Abbas dünyanın hər hansı yerindən hər hansı razılaşmanı qəbul etməyəcəklərini bildirərək, iki dövlətli həll yoluna sadiq olduqlarını bir daha dilə gətirib.  

Abbas İngiltərənin xarici işlər naziri Dominik Raab ilə keçirdiyi telefon danışığında beynəlxalq qərarlar istiqamətində sülhün yaranmasına və bu çərçivədə müzakirələr keçirilməsinə hazır olduqlarını bildirib.

Tramp rəhbərliyinin açıq şəkildə İsrail tərəfgirliyi etdiyinə diqqət çəkən Abbas “ABŞ-ın təkbaşına siyasi həll yolunda rol oynamasını qəbul etməyəcəyik” ifadəsini işlədib.

Fələstin Dövlət Rəhbərliyinin sözçüsü Nəbil Ebu Rudeyne də Ərəb və İslam ölkələri səfirlərinə Fələstin xalqının hüquqlarını qəsb etmə və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasına mane olmağı məqsəd götürən Trampın sözdə sülh planının açıqlanacağı mərasimdə iştirak etməməyə çağırıb.

Fələstin Xarici İşlər Nazirliyi də Ərəb Dövlətləri Liqasına sözdə sülh planını müzakirə etmək üzrə xarici işlər nazirləri səviyyəsində fövqəladə yığıncağa çağırıb.

HƏMAS da ABŞ-ın planını “yeni bir böyük fəlakət” (Nekbe) olaraq qiymətləndirib.  

 



Әlaqәli Xәbәrlәr