BMT Yəməndəki tərəfləri vədlərinə əməl etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki xüsusi nümayəndəsi Martin Griffiths ölkədəki tərəfləri imzaladıqları müqavilələrə və vədlərinə əməl etməyə çağırdı.

1348563
BMT Yəməndəki tərəfləri vədlərinə əməl etməyə çağırdı

 

Griffiths sosial media hesabından yaydığı açıqlamada Bir ildən əvvəl Yəməndəki münaqişə tərəflərin həm özlərinə, həm də Yəmən xalqına Hudeydənin etibarlı bölgə mövqeyinin qorunması, Hudeydə Limanından əldə edilən gəlir ilə əmək haqlarının ödənməsi və məhbusların azadlığa buraxılmaları barədə söz verdihləri xatırladılıb və onlardan bu vədlərə əməl etmələri, həmçinin sülh prosesinin başlaması üçün lazımlı addımları atmaları istinilib. Yəmən xalqının daha yaxşı həyata layiq olduğu  vurğulanıb.

Qeyd edək ki, Yəmən hökuməti daha əvvəl Husiləri Maribə hücum etməkdə ittiham etdi və Stokholmda Hudeydə ilə əlaqəli imzalanan razılaşmadan çıxabiləcəyini irəli sürdü.

Yəməndəki Tərəflər, 6-13 dekabr 2018-ci il tarixlərində İsveçin paytaxtı Stokholmda, BMT-nin himayəsi ilə keçirilən məsləhətləşmə yığıncağında məbusların mübadiləsi, Hudeydə  şəhərində  atəşkəs, limanlar və Taiz şəhəri ilə əlaqəli razılaşma imzaladılar.



Әlaqәli Xәbәrlәr