Xorvatiyada hərbi helikopter qəzaya uğradı

Xorvatiya Müdafiə Nazirliyinə məxsus hərbi helikopter təlim uçuşu əsnasında Adriatik dənizinə düşdü.

1348216
Xorvatiyada hərbi helikopter qəzaya uğradı

Müdafiə Nazirliyindən yayılan açıqlamada bildirilib ki, "OH-58 D Kiowa" tipli hərbi vertolyot Zlarin adası yaxınlığında təlim uçuşu apardığı əsnada qəzaya uğrayıb. Qeyd edilib ki, vertolyot ekipajının tapılması və xilas edilməsi üçün lazımlı addımlar atılıb.

Sibenik Polisinin açıqlamasında isə qəzanın yerli vaxtla saat 11.00-də baş verdiyi ancaq helikopterdəki heyətlərin sayının konkret olaraq bilinmədiyi, sahil mühafizə və axtarış-xilasetmə qruplarının qəza yerinə cəlb olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr