“Sarı jiletlilər” hərəkatı 63-cü həftəsində

Fransada “sarı jiletlilər” ölkə başçısı Emmanuel Makron hökuməti siyasətinə etiraz bildirmək üçün yanvarın 25-ində yenidən küçələrə çıxdılar.

1347419
“Sarı jiletlilər” hərəkatı 63-cü həftəsində

 

  Fransada “sarı jiletlilər” ölkə başçısı Emmanuel Makron hökuməti siyasətinə etiraz bildirmək üçün yanvarın 24-ündə yenidən küçələrə çıxdılar.

  Maye yanacaq artımı və pis iqtisadi şərtlərə reaksiya olaraq başlayan, daha sonra Makron rəhbərliyinə qarşı nümüyişlərə çevrilən “sarı jiletlilər” hərəkatı 63-cü həftəsinə girdi.

  Paytaxt Parisin Mirey-Ove (Mireille-Havet) meydanında toplaşan fəallar Bilye (Villiers) məhəlləsinə qədər yürüyüblər. Sıx təhlükəsizlik tədbirləri altında keçən nümayiş hadisəsiz sona çatıb. Amma Tuluzada (Toulouse) polislə nümayişçilər arasında gərginlik yaşanıb, təhlükəsizlik qüvvələri bibər qazı sıxıb. Ölkənin müxtəlif şəhərlərində də nümayişlər təşkil olunub.

  Qeyd edək ki, polis əvvəlki həftələrdə olduğu kimi paytaxtın ən mühüm yerlərindən olan Yelisey (Champs-Elysees) prospekti, Notr-Dam (Notre-Dame) kilsəsi, parlament binası və Yelisey (Elysee) sarayı ətrafında nümayişlər keçirməyi qadağan edib.

  Xatırladaq ki, “sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Bu zamana qədər polislə qarşıdurmada bir adam həyatını itirib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və təxminən 500-dən çoxu isə yaralanıb.



Әlaqәli Xәbәrlәr