Braziliyanın cənub-şərqində leysan ölüm və itkinlərə səbəb oldu

Braziliyanın Minas Jerasla birlikdə Rio de Janeiro, Sao Paulo və digər bölgələrində də şiddətli yağışların hökm sürəcəyi bildirilib.

1347455
Braziliyanın cənub-şərqində leysan ölüm və itkinlərə səbəb oldu

 

  Braziliyanın cənub-şərqində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 30-a yüksəldi.

  Həddindən artıq yağan yağışlar Minas Jeras (Minas Gerais) əyalətini 2 gündür təsiri altına alıb.

  Sel və torpaq sürüşmələri 2600 adamın evlərindən çıxarılmasına, 17 nəfərin itkin düşməsinə səbəb olub.

  Minas Jerasın valisi Romeu Zeman 26 yanvarda bölgəyə gedəcək.

  Braziliyanın Minas Jerasla birlikdə Rio de Janeiro, Sao Paulo və digər bölgələrində də şiddətli yağışların hökm sürəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr