Polşanın aviaşirkəti “LOT” Condoru satın aldı

Polşanın milli aviaşirkəti LOT, müflüs olan Thomas Cooka məxsus Condoru satın aldı.

1346901
Polşanın aviaşirkəti “LOT” Condoru satın aldı

 

"LOT" bu barədə məlumat yayıb. Bildirib ki,  müflüs olan Thomas Cookun Condor şirkətini Polşa Aviasiya Qrupu (PGL) satın  aldı. Satışın maliyyə məzmunu barədə məlumat verməyib. Ancaq prosesin lazımlı icazələr alındıqdan sonra 2020-ci ilin aprel ayına qədər başa çatdırılması gözlənilir.

Qeyd edək ki, 1956-cı ildə qurulan Condor, ildə 9 milyondan çox sərnişini Avropa, Asiya, Afrika və Amerikanın 90 tətil bölgəsinə daşıyır.

2018-2019 maliyyə dövründə şirkətin satışı 1.7 milyard avro, qazancı isə 57 milyon avro olaraq qeydə alındı.

 

 



Әlaqәli Xәbәrlәr