II Yelizaveta “Brexit”i təsdiqlədi

Kraliça II Yelizaveta Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) haqqında Boris Conson hökumətinin hazırladığı qanun layihəsini imzalayıb.

1346437
II Yelizaveta “Brexit”i təsdiqlədi

Bununla da layihə artıq qanun statusu alıb.

Britaniya mətbuatı xəbər verir ki, bu barədə deputatlara İcmalar palatası rəhbərinin müavini Naycel Evans məlumat verib.

“Brexit” yanvarın 31-də reallaşacaq. Bunun üçün Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması haqqında saziş Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. 



Әlaqәli Xәbәrlәr