Hafterә sadiq qüvvәlәr Tripoliyә mindәn çox hava hücumu tәşkil edib

Birlәşmiş Millәtlәr Tәşkilatı Xәlifә Hafterә sadiq qüvvәlәrin paytaxt Tripolini әlә keçirmәk üçün şәhәrә 10 ayda mindә çox dәfә hava hücumu tәşkil etdiyini açıqlayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreşin  Birlәşmiş Millәtlәr Tәşkilatının Tәşlükәsilik Şurasına Liviya ilә bağlı  tәqdim  etdiyi hesabatda ölkәnin şәrqindәki silahlı qruplaşmaların lideri Hafterin  2019-cu ilin aprel ayından etibarәn endirdiyi zәrbәlәrlә bağlı әtraflı mәlumat verib.

Hesabatda bu dövr әrzindә Hafterә tabe olan Liviya Milli Ordusu vә silahlı qruplaşmaların silahlı pilotsuz uçan aparatlarla 850, döyüş tәyyarәlәri ilә 170 hәdәfi bombaladığı vә bu hücumlarda xarici ölkәlәrә aid bombardmançı tәyyarәlәrinin istifadә edildiyi vurğulanıb.

Hesabatda hәmçinin Xәlifә Hafterә mәxsus döyüş tәyyarәlәrinin Tripolidәki yaşayış mәntәqәlәrini bombaladığı bildirilib.

Hesabata әsasәn, 2019-cu ilin aprel ayından noyabır ayınadәk 184 mülki vәtәndaş hәlak olub, 360-dan çox adam da yaralanıb.

Qarşıdurmalar sәbәbindәn 44 mәktәb  dağılıb, 193 mәktәbә dә ciddi ziyan dәyib.

Әlaqәli Xәbәrlәr