ABŞ doğum üçün gələn turistlərə viza verməyəcək

ABŞ-da övlad dünyaya gətirmək və avtomatik Amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlara viza verməyəcək.

ABŞ doğum üçün gələn turistlərə viza verməyəcək

 

  ABŞ-da övlad dünyaya gətirmək və avtomatik Amerika vətəndaşlığı almaq məqsədilə ölkəyə gələn əcnəbi qadınlar üçün müvəqqəti turist vizası olan B-1, B-1-in yanvarın 24-ündən etibarən verilməməsilə bağlı Dövlət Departamenti qərar aldı.  

  Ölkə prezidenti Donald Tramp "Doğum hüququ əsasında vətəndaşlıq verilməsi"ni nəzərdə tutan ABŞ Konstitusiyasına 14-cü düzəlişi “açıq-aşkar gülməli” adlandıraraq ilk addımı atdı.

  Ağ Evdən verilən açıqlamada bildirilir ki, yeni dəyişikliklər ölkəyə qısamüddətli turizm və işgüzar məqsədlərlə gəlmək istəyənlər üçün verilən B tipli vizalara tətbiq olunacaq. Dövlət Departamentinin əməkdaşları ABŞ-a övlad dünyaya gətirmək adıyla vətəndaşlığa nail olmaq istəyənlərə viza verilməyəcəyini açıqlayıb. 

  Qeyd edək ki, ABŞ İmmiqrasiya Araşdırmaları Mərkəzinin statistikasına əsasən, hər il bu ölkədə təxminən 33 min əcnəbi uşaq doğulur.

 

 



Әlaqәli Xәbәrlәr