Xәlifә Hafterә sadiq qüvvәlәrin sözçüsü açıqlama verdi

Xәlifә Hafterә sadiq qüvvәlәr Berlindә keçirilәn konfransda atәşkәsә dair edilәn çağırışlara baxmayaraq Tripoliyә vә әtrafındakı bölgәlәrә daxil olaraq sәrnişin tәyyarәlәrinә  hücum edәcәyini bildirib.

Xәlifә Hafterin liderliyindәki Liviya Milli Ordusu adlı silahlı qruplaşmanın sözçüsü Әhmәd әl-Mismari şәxsi internet sәhifәsindәn verdiyi açıqlamada Qiryan şәhәrindәn Tripoli sahilinәdәk olan bölgәni uçuşa qadağan bölgә elan etdiklәrini bildirib.

Qeyd edәk ki, Tripolinin ‘‘dünyaya açılan qapısı’’ mövqeyindә olan Mitiqa hava limanı da uçuşa qadağan edilәn bölgә daxilindәdir.

Xәlifә Hafterә sadiq qüvvәlәr dünәn Mitiqa hava limanına raketlә hücum etmişdi.

Almaniyanın paytaxtı Berlindә bazar günü Liviya mәsәlәsi ilә bağlı keçirilәn konfransda  bütün tәrәflәrә atәşkәs rejiminin davam etdirilmәsi ilә әlaqәdar çağırış edilmişdi.

Әlaqәli Xәbәrlәr