Stoltenberg : “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”

Türkiyənin NATO müttəfiqi olmasının əhəmiyyətini idrak etmək məcburiyyətindəyik. Bunu NATO-nun baş katibi Jens Stoltenberg deyib.

1346284
Stoltenberg : “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”

 

Stoltenberg, İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumunda "NATO-nun Gələcəyi" mövzulu sessiyada çıxış edib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlunun da qatıldığı iclasda, Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi tədarükü və NATO-nun kiber təhdidlərə qarşı tədbirləri kimi mövzular müzakirə olundu.

Türkiyənin F-35 təyyarələrə və S-400 sistemlərinə sahib olmasına dair narahatlıqlarla əlaqədar iş qrupu yaradılması təklifi barədə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp və Xarici işlər naziri Çavuşoğlu ilə mövzu barədə danışıqlar etdiyini xatırladan Stoltenberg: “Bu problemi həll etmək üçün əlimizdən gələni etməyə hazırıq”

S-400 mövzusunun NATO kontekstində həll ediləsi problemlərdən biri olduğunu ifadə edən Stoltenberg Türkiyənin bir çox baxımdan alyansın əhəmiyyətli müttəfiqlərindən biri olduğunu, eyni vaxtda terror təşkilatı DEAŞ-a qarşı mübarizədə önəmli rol oynadığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr