Şimali İrlandiya parlamentində ilk dəfə “Brexit” məsələsi

Şimali İrlandiya parlamentində ilk dəfə “Brexit” məsələsi müzakirə ediləcək.

1344372
Şimali İrlandiya parlamentində ilk dəfə “Brexit” məsələsi

 

  Parlamentdə “Brexit” müqaviləsinin şərtlərinin müzakirə ediləcəyi gözlənilir.

  Avropa İttifaqı ilə Böyük Britaniya arasında əldə olunan Brexit sövdələşməsinə Şimali İrlandiya üçün xüsusi tənzimləmələr daxildir.

  Belə ki, keçid dövründən sonra da Şimali İrlandiya Avropa İttifaqının kənd təsərrüfatı və istehsal olunan mallara dair qaydalarına əvvəlki kimi əməl edəcək. Bundan əlavə, Krallığa daxil olan ölkələrin hamısı Aİ-nin gömrük ittifaqını tərk edəcək, lakin Şimali İrlandiya ittifaqın gömrük kodunun limanlarında tətbiqini saxlayacaq.



Әlaqәli Xәbәrlәr