Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başladı

24 yanvara dək davam edəcək iqtisadi foruma 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılır.

Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başladı

Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclasın keçirilməsi planlaşdırılır. Ümumilikdə bu ilki Davus forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil edilir.

Sammitdə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, İtaliya kansleri Cüzeppe Konte, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen və İspaniyanın Baş naziri Pedro Sançesın çıxışı gözlənir.

Davosda Türkiyəni, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan və Mərkəz Bankı Başçısı Murat Uysal təmsil edir.

Sammit çərçivəsində ediləcək görüşlərdə ticari, iqtisadi və diplomatik məsələlər, xüsusilə iqlim dəyişikliyi müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr