İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirdi

İsrail Qəzza zolağında “HƏMAS” hərəkatının hərbi qanadı İzzədin əl-Kassam briqadalarına məxsus hədəflərə hava zərbələri endirib.

1342295
İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirdi

İsrail Qəzza zolağında “HƏMAS” hərəkatının hərbi qanadı İzzədin əl-Kassam briqadalarına məxsus hədəflərə hava zərbələri endirib.

Bölgədəki qaynaqlardan əldə edilən məlumata görə, Kassam briqadalarına məxsus bəzi nöqtələr təyyarə və helikopterlərdən atılan raketlərlə vurulub.

İsrail ordusunun açıqlamasında bildirilib ki,  Müdafiə Nazirliyinə məxsus döyüş helikopteri Qəzzanın şimalında “HƏMAS”ın yeraltı əməliyyatlar üçün istifadə etdiyi infrastruktura zərbələr endirib.

Açıqlamada həmçinin Qəzzadan İsrail tərəfinə üzərinə partlayıcı madələr qoyulan şartların buraxıldığı və həmin hava hücumunun bu səbəbdən edildiyi də bildirilib.

Hava zərbələri nəticəsində ölən yaxud yaralanan olub olmadığına dair hələ də məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr