Fransa Yaxın şərqə aviadaşıyıcı göndərir

Fransa prezidenti Emmanuel Makron “Charles De Gaulle” adlı aviadaşıyıcının Yaxın Şərqə göndəriləcəyini bildirib.

1342299
Fransa Yaxın şərqə aviadaşıyıcı göndərir

Makron, yeni il münasibətiylə Orleans şəhərində təşkil edilən hərbi iclasda bu barədə məlumat yayıb. O: “Charles De Gaulle” aviadaşıyıcı gəmisi “Çammal” əməliyyatına dəstək məqsədiylə Aprel ayına dək Yaxın Şərqdə vəzifə icra edəck”. Prezidentin sözlərinə görə Gəmi həmçinin Avropa ölkələri ilə ortaq əməliyyatlarda da istifadə ediləcək.

Xatırladaq ki, 17 noyabr 2015-ci il tarixində Fransanın paytaxtı Parisdə DEAŞ-ın törətdiyi terror aktından sonra “Charles De Gaulle” gəmisi Şərqi Aralıq dənizinə göndərildi. Gəmi ötən il isə Cənubi Çin dənizində vəzifə icra etdi

 



Әlaqәli Xәbәrlәr