ABŞ ilə Çin arasındaki ticarət müharibəsi sona çatdı

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp və Çinin təmsilçisi Liu Xı iki ay davam edən danışıqlardan sonra “Ticarət müharibəsi”ni sona çatdırmaq üçün ilk razılaşmanı Ağ Evdə təşkil edilən mərasimdə imzaladılar.

1341623

  D.Tramp imza mərasimində etdiyi çıxışında razılaşmanın əhəmiyyətinə diqqət çəkərək deyib:

  “Bu gün Çin ilə daha əvvəl atılmamış addımı ataraq ilk ticarət sazişini imzalayırıq. Bu daha əvvəl imzalanmış razılaşmalardan çox daha əhəmiyyətlidir.

  Yaxın vaxtlarda Çinə səfər edəcəyəm.

  Ölkələrimiz arasında ikinci müqavilənin də imzalanmasına dair işlərin aparılır.”

  Çinin təmsilçisi Liu Xı da öz növbəsində etdiyi çıxışında razılaşmanın əhəmiyyətinə toxunub, imzalanan ticarət müqaviləsinin iki ölkə arasında yeni bir dövrün başlanğıc əlaməti olduğunu, bu əməkdaşlığın davam edəcəyinə inandığını söyləyib.

  Sonra Liu Çinin dövlət katibi Şi Cinpinqin Donald Trampa ünvanladığı məktubu mərasim iştirakçılarına oxuyub.

  Qeyd edək ki, ABŞ və Çin arasındakı ticarət müharibəsi ABŞ prezidenti Donald Tramp tərəfindən 2018-ci ilin mart ayında Çindən gətirilən bəzi məhsullara edilən əlavə tariflərlə başlamışdı.

Әlaqәli Xәbәrlәr