Hafter qüvvələri Səlahəddin və Er-Ramle raket hücumu təşkil etdilər

Liviyada qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifa Hafterə mənsub döyüşçülər paytaxt Tripolinin cənubunda yerləşən Səlahəddin və Er-Ramle ərazilərinə raket hücumu təşkil etdilər.

1340914
Hafter qüvvələri Səlahəddin və Er-Ramle raket hücumu təşkil etdilər

Milli Həmrəylik Hökumətinin sözçüsü Məhəmməd Kununu mövzu ilə bağlı məlumat yayıb. O: “Hafter qüvvələi dünən Ramle və Səlahəddin bölgələrindəki yaşayış məntəqələrinə raket hücumu təşkil etdilər. Muzdlu əsgərlər bölgəyə nəzarəti ələ keçirdilər. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pilotsuz uçuş aparatları isə paytaxt Tripolinin üzərində uçuş reallaşdırdılar”

Milli Həmrəylik Hökuməti qüvvələrinin Hafter döyüşçülərinə qarşı mübarizə edəcək gücə sahib olduğunu ifadə edən Kununu evlərini tərk etmək micburiyyətində qalanlara qarşıdurmalar sona çatana dək qayıdmamaları haqda çağırış edib.

Xatırladaq ki, Liviya Milli Həmrəylik Hökuməti Türkiyə və Rusiyanın ortaq təşəbbüsü ilə hazırlanan atəşkəs razılaşmasını Moskvada keçirilən danışıqlar sonunda imzaladı. Ancaq müqaviləsini imzalamadan Moskvadan ayrılan Hafter isə Liviyaya qayıtdıqdan sonra atəşkisin sona çatdığını qarşıdurmaların davam edəcəyini açıqladı.

 



Әlaqәli Xәbәrlәr