"Mən bunu keçən il etmək istədim, amma..." C.Konte

Paytaxt Ankaradan ayrılmadan İtaliya mətbuatına Türkiyə səfərilə bağlı məlumat verən C.Konte deyib...

1340241
"Mən bunu keçən il etmək istədim, amma..." C.Konte

 

  İtaliyanın baş naziri Cüzeppe Konte (Giuseppe Conte) Liviyada Türkiyə və Rusiyanın cəhdlərilə təsis edilən atəşkəsə müsbət baxdığını söylədi.

  Paytaxt Ankaradan ayrılmadan İtaliya mətbuatına Türkiyə səfərilə bağlı məlumat verən C.Konte deyib:

  “İtaliya Liviyada demokratik bir dövrün başlanmasını istəyir. Zaman alacaq bu yolda müxtəlif addımların atılması, gündəmin Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı ilə paylaşılması və digər ölkələrin də birləşməsi lazımdır.

  Qarşıdurmaların hökm sürdüyü Liviyada baş rolda bir dövlət olmamalıdır. Bunu düşünmək belə anormal vəziyyət yarada bilər. Liviyada heç kim öz fərdi mənfəəti üçün təkbaşına rol oynamağı düşünməməlidir. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqdir oluna bilər.   

  İtaliya Liviya böhranından kənarda qala bilməz, çünki bunun tarixi, iqtisadi və mədəni səbəbləri var. Biz nüfuz gücümüzü Liviya xalqının rifahı, suverenliyi və müstəqilliyinə yönəltmək fikrindəyik. Bu mövzuda Türkiyə və Rusiyanın cəhdlərini müsbət qiymətləndirirəm. Amma nəticə iki ölkənin əli ilə olmaz, Berlində hamımız birlikdə çalışmalıyıq.”

  İtaliyanın baş naziri Cüzeppe Konte yanvarın 15-də Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafter və Liviya Milli Koalisiya Hökumətinin baş naziri Fayiz es-Serracla da Romada bir araya gəlmək istədiyini nəzərə çatdıraraq deyib: "Mən bunu keçən il etmək istədim, amma təşkil etdiyimiz Palermo zirvə toplantısında onları bir masaya oturtmanın çətinliyini gördüm."



Әlaqәli Xәbәrlәr