Fransada nümayişlərə bu dəfə Lyondakı vəkillər də qatıldı

Onlar Ədliyyə Nazirliyinin qarşısında nümayiş təşkil etdilər.

Fransada nümayişlərə bu dəfə Lyondakı vəkillər də qatıldı

 

  Fransada aylardır davam edən hökumət əleyhinə nümayişlərə bu dəfə Lyondakı vəkillər də qatıldı.

  Hökumətin təqaüd islahatıyla bağlı planladığı dəyişikliklərin konstitusiyaya zidd olduğunu dilə gətirən vəkillər tətilə başladı. Onlar Ədliyyə Nazirliyinin qarşısında nümayiş təşkil etdilər.

  Vəkillər özlərilə gətirdikləri cəza hüququ, konstitusiya və ticarət hüququ kitablarını mors əlifbasında kömək çağırışı mənasını verən SOS hərfləri şəklində yerə düzüblər.

  Qeyd edək ki, paytaxt Parisdə ölkə başçısı Makron hökumətinin təqaüd islahatına qarşı təşkil edilən nümayişdə polisin fəallara zorakılıq tətbiq etdiyi 9 yanvar hadisələrilə əlaqədar iki istintaq başlanıb.



Әlaqәli Xәbәrlәr