Fransa, Almaniya və İngiltərənin rəsmi Tehrana birgə çağırışı

Fransa, Almaniya və İngiltərə İranı nüvə razılaşmanın əsaslarına tam əməl etməyə və zorakılıqdan imtina etməyə çağırıb.

1339424
Fransa, Almaniya və İngiltərənin rəsmi Tehrana birgə çağırışı

Fransa, Almaniya və İngiltərə İranı nüvə razılaşmanın əsaslarına tam əməl etməyə və zorakılıqdan imtina etməyə çağırıb.

İngiltərənin baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun birgə bəyanatında bu ölkələrin digər avropalı müttəfiqlərlə əsas birgə təhlükəsizlik maraqlarını bölüşdüyü bildirilib.

Bəyanatda bildirilib ki, bu əsaslardan biri nüvə silahların yayılmasının qarşısının alınması və İranın əsla nüvə silah inkişaf etdirməməsini təmin etməkdir. Bu çərçivədə Tehranın nüvə fəaliyyətlərini nizamlayan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) əhəmiyyətli rol oynayır.

ABŞ-ın razılaşmadan çıxmasından duyulan narahatlığın dilə gətirildiyi xatırladılan bəyanatda geriyə qalan Çin, Fransa, Almaniya, Rusiya və İngiltərənin Birgə Hərtərəfli Fəaliyyət Planını qorumaq barədəki qətiyyətliliyini göstərdiyi qeyd olunub.

İranın razılaşma çərçivəsindəki vədlərinə tam əməl etməsinin əhəmiyyətinə diqqət çəkilən açıqlamada rəsmi Tehranın 2019-cu ildən bəridir atdığı addımlardan duyulan təşviş vurğulanıb və bu addımların əksinə hərəkət edilməsi istənib.

Son hadisələrin Tehranın bölgədəki sabitliyi pozacaq rolunu göstərdiyi, bunlara İran İnqilab Keşikçiləri Korpusu və ona bağlı Qüds gücünün fəaliyyətlərinin də daxil olduğu vurğulanan açıqlamada bildirilib:

“Bölgədəki müttəfiqlərimizin və tərəfdaşlarımızın təhlükəsizliyinə sədaqətimiz dəyişməyib. İranın sabitliyi pozucu regional fəaliyyətlərilə əlaqədar narahatlıqlar diplomatik yollarla müzakirə olunmalıdır.”

Açıqlamada ayrıca Ukrayna təyyarəsinin düşürüldüyünün İran tərəfindən qəbul edilməsindən sonra atılacaq addımlar barədə birgə fəaliyyət göstəriləcəyinə dair vəd də verilib.  



Әlaqәli Xәbәrlәr