ABŞ Sinqapura “F-35” qırıcıların  satışını təsdiq etdi

ABŞ Dövlət Departamenti Sinqapura “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35B” qırıcı təyyarəsinin və bu təyyarələr üçün avadanlıqların 2,75 milyard dollara satılmasını təsdiqlədi.

1338418
ABŞ Sinqapura “F-35” qırıcıların  satışını təsdiq etdi

Müdafiə və Təhlükəsizlik Agentliyindən yayılan  məlumatda:  “Gözlənilən satış Amerika Birləşmiş Ştatlarının xarici siyasətinə və milli təhlükəsizlik məqsədlərinə çatmağa kömək edəcək. Sinqapur strateji dost və təhlükəsizlik sahəsində əsas tərəfdaş, eləcə də Asiya-Sakit Okean bölgəsində siyasi sabitlik, iqtisadi tərəqqi üçün vacib bir qüvvədir. Bu təyyarələrin mümkün satışı və onlara texniki dəstəyin göstərilməsi bölgədəki əsas hərbi tarazlığı dəyişdirməyəcək”.

 “F-35B” təyyarələri qısa məsafədən uçuş və şaquli eniş qabiliyyəti ilə tanınır. Bu modifikasiya ABŞ Dəniz Qoşunları üçün hazırlanıb.

 



Әlaqәli Xәbәrlәr