Pentaqondan İranın hücumuna dair açıqlama

Amerika Birləşmiş Ştatları Müdafiə naziri Mark Esper Baş qərargah rəisi, general Mark Milley, Nümayəndələr Palatası və Senatın üzvləri ilə Pentaqonda mətbuata açıqlama verib.

1337706
Pentaqondan İranın hücumuna dair açıqlama

Məlumatına görə, Esper ABŞ-ın İraqdakı iki hərbi bazasına hücumunun insan itkisi ilə nəticələnmədiyini deyib.

O, 16 raket atıldığını, raketlərin anbarlara, dayanacaqlara, taksi üçün nəzərdə tutulmuş əraziyə və bir helikopterə ziyan vurduğunu bildirib.

Nazir: “İran üç bölgədən ABŞ-ın iki bazasına qısamənzilli olduğu müəyyən edilən 16 raket atıb. 11 raket Əsəd bazasına, biri isə Ərbil bazasına atılıb. İnsan itkisi yoxdur”.

ABŞ və İraqın hücumdan əvvəldən xəbərdar olub-olmadığına dair ünvanlanan sualları cavablandırmayan Esper hücumun təsadüfi atəş olmadığını deyərək, erkən xəbərdarlıq sistemlərinin hücumun təsirini minimuma endirdiyini bildirib.

Şiə hərbçiləri ilə İranın bir-birinə bağlı olmasına baxmayaraq, ayrı qalması lazım olduğunu deyən Esper “İrandan gələn şiə hərbi qruplarının gələcəkdə oradakı mövcudluğumuzu siyasi və ya hərbi cəhətdən sarsıdılması üçün birbaşa addımlar atacağını gözləyirik”, - deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr