D.Tramp: "İranın hücumunda əsgərlərimiz ziyan çəkməyib"

ABŞ prezidenti Donald Tramp İranın İraqdakı Amerikan hərbi bazalarına istiqamətli hücumunda əsgərlərin ziyan çəkmədiyini söyləyib.

1337409
D.Tramp: "İranın hücumunda əsgərlərimiz ziyan çəkməyib"

ABŞ prezidenti Donald Tramp İranın İraqdakı Amerikan hərbi bazalarına istiqamətli hücumunda əsgərlərin ziyan çəkmədiyini söyləyib.

 Prezident Donald Tramp keçirdiyi mətbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsilə bağlı bunları deyib: 

“General Qasım Süleymanin daha əvvəl öldürülməsi lazım idi. Bu addımla İrana dəqiq mesaj verildi.”

İranın Avropa İttifaqı ilə qəbul etdiyi nüvə müqaviləsindən sonra “balansını itirdiyini” irəli sürən Tramp “İran artıq nüvə hədəflərini geridə buraxmalıdır” deyərək Almaniya, Fransa, Çin kimi ölkələrin rəsmi Tehrandan dəstəyini çəkməsini istəyib.

ABŞ lideri NATO-ya da çağırış edərək bundan sonra Orta Şərqə prosesində daha çox iştirak etməsini bildirib.  

İranın ötən gecəki hücumunda görülən təhlükəsizlik tədbirləri və sistemlərin çox yaxşı işləməsi səbəbindən zərərin minimal olduğunu, iraqlı yaxud da amerikalı hərbçilərin ziyan çəkmədiyini bildirən Tramp maddi xəsarətin da az olduğunu qeyd edib.

Tramp İrana yeni iqtisadi sanksiyalar tətbiq edəcəklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, İran general Qasım Süleymaninin ABŞ əməliyyatı ilə yanvarın 3-də İraqın paytaxtı Bağdadda öldürülməsinin qisasını almaq məqsədilə yanvarın 9-da yenə İraqdakı əl-Əsəd və Ərbil hərbi bazalarına ballistik raketlərlə hücum etdi.

İranın dövlət televiziyası hücumlarda 80 ABŞ əsgərinin öldüyünü elan etdi.



Әlaqәli Xәbәrlәr