Yaponiya İran - ABŞ böhranı ilə bağlı açıqlama verdi

Yaponiyanın “Kyodo” xəbər agentliyinin yazdığına görə...

1336384
Yaponiya İran - ABŞ böhranı ilə bağlı açıqlama verdi

 

  Yaponiyanın “Kyodo” xəbər agentliyinin yazdığına görə, ölkənin Nazirlər Kabinetinin katibi Suqa Yoşihide həftəlik mətbuat konfransında İran – ABŞ böhranı ilə bağlı açıqlama verərək deyib:

  “Tehran rəhbərliyinin nüvə müqaviləsilə bağlı öhdəliklərini təxirəsalma qərarını kədərlə qarşılayırıq. İranın razılaşma ilə bağlı öhdəliklərini yerinə yetirməsini və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını davam etdirməsini arzulayırıq”.

  Qeyd edək ki, yanvarın 3-də İran İnqilab Mühafizəçiləri Ordusu Qüds Qüvvələri komandiri Qasim Süleymaninin İraqda ABŞ tərəfindən öldürülməsindən sonra rəsmi Tehran 2015-ci ildə imzalanan nüvə müqaviləsiylə bağlı bütün öhdəliklərini dayandırdığını açıqlayıb. Yaponiya ABŞ və İran arasındakı gərginliyin Fars körfəzi və ətrafında gəmi ticarətinə mane etməsindən narahatdır.



Әlaqәli Xәbәrlәr