NATO İranın hücumunu qınadı

NATO baş katibi Jens Stoltenberg, İranın İraqdakı ABŞ və koalisiya qüvvələrini hədəfə götürən hücumunu qınadığını bildirib.

1337180
NATO İranın hücumunu qınadı

Stoltenberg sosial media hesabından İranın hücumuna dair yaydığı açıqlamasında, NATO-nun İranı şiddətdən imtina etməyə çağırdığını qeyd edib.

NATO-nun başqa bir rəsmisi də açıqlamasında İranın raket hücumları nəticəsində NATO-nun İraqdakı təlim missiyasında vəzifəlilərdən həyatını itirən və ya yaralanan olmadığını, NATO tərkibindəki bütün personalın təhlükəsizliyinə dair lazımlı tədbirlərin həyata keçirildiyini, vəziyyəti yaxından izləməkdə davam etdiklərini vurğulayıb.

Xatırladaq ki, İran İnqilab Mühafizəçiləri Ordusu ABŞ-ın İraqın Ayn əl-Əsəd bazasına hücum təşkil etdiklirini, raket zərbələri nəticəsində ən az 80 nəfərin həyatını itirdiyini irəli sürdü.



Әlaqәli Xәbәrlәr