İspaniya Bağdaddakı hərbçilərini ölkədən çıxardı

İspaniya, NATO-nun missiyası çərçivəsində İraqın paytaxtı Bağdaddakı 13 əsgərindən 10-u təhlükəsizlik səbəbiylə Küveytə köçürdü.

1336800
İspaniya Bağdaddakı hərbçilərini ölkədən çıxardı

İspaniya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirib ki, İraqdakı hərbçilərimizi bu ölkədən çıxardıq. 10 hərbçimiz Kuveytə cəlb olundu. Bağdadda hazırda 3 hərbçimiz vəzifə icra edir.

Bağdaddakı İspan əsgərlərinin ölkədən çıxarılmasının İranlı general Qasim Süleymaninin ABŞ tərəfindən İraqda öldürməsindən sonra NATO Qərargahının bəzi işçilərinin müvəqqəti olaraq ölkənin daxilində və xaricində fərqli yerlərə köçürülməsi qərarı ilə əlaqədar olduğuna diqqət çəkilir.

Qeyd edək ki, NATO missiyası çərçivəsində Bağdadın cənub-şərqindəki bazada yerləşdirilmiş 550 İspan əsgərinin vəziyyətinə dəyişiklik aparılmadı.



Әlaqәli Xәbәrlәr