İran və İraq üzərindən uçuşları dayandıran hava yolu şirkətlərinə "Lufthansa" da qoşuldu

Almaniyanın “Lufthansa” hava yolu şirkəti də İran və İraqa uçuşları dayandırıb.

1337110
İran və İraq üzərindən uçuşları dayandıran hava yolu şirkətlərinə "Lufthansa" da qoşuldu

Almaniyanın “Lufthansa” hava yolu şirkəti İran və İraqa uçuşları və iki ölkənin hava məkanlarından keçən reysləri "tədbir olaraq" dayandırdığını bəyan edib.

Şirkətin açıqlamasına görə, ABŞ ilə İran orasında Orta Şərqdə dərinləşən gərginlik səbəbindən İran ilə İraq hava məkanından keçən uçuşların marşrutların tələb qarışısında “tədbir kimi” dəyişməsi qərara alındı və bu ölkələrin hava məkanından uçuşlar yoxdur.

“Lufthansa” gündəlik reallaşan Frankfurt-Tehran uçuşunun ləğv edildiyini və yanvarın 11-nə olan reysin də olmayacağını açıqlayıb.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. 

Digər tərəfdən ABŞ Federal Aviasiya İdarəsi (FAA) Amerikan hava yolu şirkətləri və pilotlarının İran, İraq və Bəsra Körfəzi hava məkanında uçmalarının qadağan edildəyini açıqlamışdı.

Fransanın "Air France" hava yolları şirkəti də İran və İraq hava məkanları üzərindən uçuşları dayandırdığını bildirib.

Sinqapur Hava Yolları, Tayvanın "EVA Air", Malayziya Hava Yolları, Vyetnam Hava Yolları avişirkətləri də İran hava məkanında uçuşları dayandırdıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr