Trampın başını gətirənə 80 milyon dollar

... Kütləyə xitab edən və adı bilinməyən bir adam Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın başına 80 milyon dollar mükafat qoyulduğunu duyurdu.

1336184
Trampın başını gətirənə 80 milyon dollar

 

  İran İnqilab Mühafizəçilərinə bağlı Qüds Qüvvələri komandiri Qasım Süleymani üçün Məşhəd şəhərində təşkil edilən cənazə mərasimində kütləyə xitab edən və adı bilinməyən bir adam Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın başına 80 milyon dollar mükafat qoyulduğunu duyurdu.

  “Sputnik”, “Al-Arabiya” və İran dövlət televiziyasının yaydığı məlumatlara görə, bir adam kütləyə İranda 80 milyon adamın yaşadığını və hər bir iranlıdan 1 dollar bağışlamasını istəyərək deyib: “Bu 80 milyon dolları öz adımızdan inqilabımızın böyük şəxsiyyətinin (Süleymanı) öldürülməsini əmr edən adamın (Tramp) başını gətirənə mükafat olaraq verəcəyik. Bizə bu sarı saçlı dəlinin (Tramp) başını gətirənə böyük İran xalqı adına 80 milyon dollar verəcək"

  Xatırladaq ki, Qüds Qüvvələri komandiri, general Qasım Süleymani və bərabərindəki 9 nəfər 3 yanvarda İraqın paytaxtı Bağdadda ABŞ-ın təşkil etdiyi hücumda öldürülüb.



Әlaqәli Xәbәrlәr