Liviyada Sitre şəhərinə nəzarət Hafter qüvvələrinə keçdi

Liviyada General Xəlifə Hafterə mənsub qüvvələr paytaxt Tripolinin 400 kilometr şərqində yerləşən və Dənizkənarı olan Sirte şəhərinə nəzarəti ələ keçirdilər.

1336039
Liviyada Sitre şəhərinə nəzarət Hafter qüvvələrinə keçdi

Libyanın legitim hökümətindən yayılan açıqlamada Sirte şəhərinə sutka ərzində ardıcıl hücumlar təşkil edildiyinə diqqət çəkilib. Bildirilib ki, hökumət qüvvələri şəhəri müdafiə edəcək gücə sahib olmadıqları və şəhərdəki 120 min dinç sakinin təhlükəsizliyi nəzərə alınaraq geri oturub. Açıqlamada vurğulanıb ki, şəhərdə Medhali Sələfi mənsubu bir silahlı qrupun Hafter tərəfinə keçməsi və küçələrdəki qarşıdurmalarda odlu silahlardan istifadə ediləbiləcəyi ehtimalı qüvvəlirimizin geri oturmalarında təsirli oldu. Ancaq qoşunlarımız şəhərin yaxınlığında hazır vəziyyətdə gözləyirlər.



Әlaqәli Xәbәrlәr