Aİ-nin xarici işlər nazirləri İran və İraqdakı son vəziyyəti müzakirə edəcəklər
Avropa İttifaqının xarici işlər nazirləri İran və İraqdakı son vəziyyətdən sonra yanvarın 10-da növbədənkənar yığıncaq keçirməyi qərara alıb.
1335804

Avropa İttifaqının xarici işlər nazirləri İran və İraqdakı son vəziyyətdən sonra yanvarın 10-da növbədənkənar yığıncaq keçirməyi qərara alıb.
Bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel "twitter" səhifəsində yazıb.
Borel xarici işlər nazirlərinin yanvarın 10-da nahar radələrində yığıncaq keçirərək İran və İraqdakı son vəziyyəti müzakirə edəcəklərini bildirib.
Cofez Borel Aİ-nin bölgədəki gərginliyin azaldılması üçün üzərinə düşəni yerinə yetirəcəyini ifadə edib.