Tramp İraqa sərt reaksiya göstərdi

ABŞ Prəzidənti Donald Tramp İraq Parlaməntinin ABŞ əsgərlərinin ölkədən çıxmasını istəyən qərarına reaksiya göstərib.

1335127
Tramp İraqa sərt reaksiya göstərdi

ABŞ Prezidenti Donald Tramp İraq Parlamentinin ABŞ əsgərlərinin ölkədən çıxmasını istəyən qərarına reaksiya göstərib.

Tramp Bağdad tərəfindən “düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

“Rəsmi Bağdad Amerika hərbi bazası üçün Vaşinqtona ödəməyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq. Bizim orada çox bahalı bazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəməyincə, getməyəcəyik"-deyə Tramp qeyd edib.

İraq rəhbərliyini təhdid edən Tramp "Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər.  Bununla müqayisədə İrana qarşı sanksiyalar yüngül qalacaq" deyib.

Tramp yanvarın 5-də İrana məxsus bəzi mədəniyyət tikintilərinin də olduğu 52 hədəf seçdiklərini paylaşım etməsilə bağlı sual qarşısında isə deyib ki, onların insanımızı öldürməsinə, insanımıza işgəncə vermələrinə, yol kənarlarına bomba yerləşdirib insanımızı öldürmələrinə icazə var, bizim onların mədəniyyət sahələrinə toxunmağımıza icazə yoxdur. Bu belə olmaz.

Tramp İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri üzrə komandiri general Süleymaninin öldürülməsinə cavab veriləcəyi təqdirdə ölkəsinin buna cavabının çox böyük olacağını vurğulayıb.  

Tramp Süleymani barədə isə, “Xüsusilə də son 18 ayda ölkəsini çox təhlükəli bir yola aparmışdı” deyə bildirib.



Әlaqәli Xәbәrlәr