M. Pompeo: “Bu məsələdə çox ciddiyik və lazım olan addımları atacağıq”

ABŞ dövlət katibi Mayk Pompeo İran ilə yaşanan gərginliyə toxunaraq “İran hökuməti adından qərar verənləri vuracağıq. Bu məsələdə çox ciddiyik və lazım olan addımları atacağıq” deyib.

1335111

Pompeo “CNN”, “Fox News” və “ABC” televiziya kanallarına İran ilə ölkəsi arasında dərinləşən gərginliklə bağlı açıqlama verərək deyib:

“İrana dəfələrlə söylədik. Bizə hücum etməyiniz cavabsız qalmayacaq. Biz də qətiyyətli addımlar atacağıq. Vəkil qüvvələrdən istifadə edərək ölkənizdə sülh və təhlükəsizlik içində yaşaya bilməzsiniz. Tamamilə buna səbəb olan və İran hökuməti adından qərar verən şəxsləri vuracağıq. Bu barədə çox ciddiyik və lazımlı addımları atacağıq. Mədəniyyət əsərlərinə qarşı hücum ehtimalları məsələsində Müdafiə Nazirliyi hazırda seçimləri dəğərləndirir, amma vuracağımız bütün hədəflər qanuni hədəflər olacaq.

Pompeo “ABŞ-ın Süleymaninin öldürməsilə Orta Şərq daha da sabitsizləşir, bu barədə nə deyirsiniz? sualına isə belə cavab verib: “Orta Şərq sabitsizliyin olduğu bir yerdir. Biz sabitsizliyin yaranması üçün bir sahə və imkan yaradırıq.”

İraq parlamentinin bütün xarici qüvvələrin ölkədən çıxarılmasına dair qərarına da toxunan Pompeo “İraq xalqının ABŞ qüvvələrinin ölkədə qalmasını istədiğindən əminik” deyə bildirib.

Әlaqәli Xәbәrlәr