Trampdan İrana müzakirə mesajı

ABŞ prezidenti Donald Tramp İranın heç vaxt bir müharibədə qələbə qazanmadığını, amma heç bir müzakirədə də itirmədiyini söyləyib.

1334401
Trampdan İrana müzakirə mesajı

ABŞ prezidenti Donald Tramp İranın heç vaxt bir müharibədə qələbə qazanmadığını, amma heç bir müzakirədə də itirmədiyini söyləyib.

Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsindən sonra ilk dəfə açıqlama verib.

Tramp şəxsi “twitter” səhifəsində İranın heç vaxt bir müharibədə qələbə qazanmadığı, amma heç bir müzakirədə də itirmədiyi paylaşımını edərək, İrana müzakirə üçün açıq qapı qoyub.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş Qasım Süleymani və “Haşdi Şabi”nin başçısının müavini Əbu Mehdi əl-Mühəndisin Bağdad hava limanı yaxınlığında edilən hücumda öldürüldüyünü açıqlamışdı.  

İranın dini lideri Ayətullah Əli Xamneyi isə ABŞ hücumlarının qisasının alınacağını söyləyib.

Ölkədə üç gün yas elan edən Xamneyi ABŞ qüvvələrinə sərt cavab veriləcəyini elan edib.



Әlaqәli Xәbәrlәr