Sudannda hərbi təyyarə qəzaya düşdü, 18 ölü

El Geneina hava limanından Xartuma uçan Sudan ordusuna məxsus “An-12” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 18 adam həyatını itirib.

1334038
Sudannda hərbi təyyarə qəzaya düşdü, 18 ölü

Sudan silahlı qüvvələrin nümayəndəsi, briqada generalı Amer Məhəmməd əl-Hassan məlumat qəza ilə bağlı məlumat yayıb.

Onun sözlərinə görə, göyərtədə 18 nəfər olub. Təyyarədə hərbi heyətin yeddi üzvü, o cümlədən dörd zabit, habelə dörd uşaq və yerli məhkəmə orqanının üç nümayəndəsi olmaqla səkkiz mülki şəxs vardı. Onların hamısı ölüb.

Sudan mediasında dərc edilmiş xəbərdə isə sərnişinlər arasında Ümumdünya Qida Təşkilatının bir əməkdaşının olması ehtimal edilir.

Təyyarə Sudanın Qərbi Darfur əyalətindəki El Geneina şəhərinin hava limanından uçarkən qəzaya uğrayıb. Yerli media hadisənin hava limanından beş kilometr məsafədə baş verdiyini irəli sürüb.

 



Әlaqәli Xәbәrlәr