Tayvanda helikopter qəzasında Baş Qərargah rəisi həlak olub

Tayvanda  yüksək vəzifəli hərbi məmurları daşıyan helikopterin düşməsi nəticəsində Baş Qərargah rəisi Şen Yi-ming həyatını itirib.

1333307
Tayvanda helikopter qəzasında Baş Qərargah rəisi həlak olub

Tayvanda  yüksək vəzifəli hərbi məmurları daşıyan helikopterin düşməsi nəticəsində Baş Qərargah rəisi Şen Yi-ming həyatını itirib.

Tayvan mərkəzi xəbər agəntliyi “CNA”-nın Müdafiə Nazirliyinə əsaslandırdığı xəbərinə görə, qəzada Baş Qərargah rəisi Şen və  Hava Qüvvələri komandanı Hsiung Hou-cinin aralarında olduğu 8 nəfər həlak olub.

Xəbərdə “UH-60M Black Hawk” tipli helikopterin paytaxt Taipei yaxınlığındakı dağlıq bölgədə düşüdüyü bildirilib.

Səhər radələrində baş verən qəzadan sonra helikopterdəki 13 nəfərdən 5-nin canlı xilas olunduğu bildirilən xəbərdə helikopterin dağlıq bölgədə düşmədən əvvəl yerli vaxtla 08:07 radələrində radardan itdiyi ifadə edilib.

Helikopterin yeni il tədbirləri çərçivəzində Taipeidən şimaldakı İlan şəhərinə hərəkət etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr