İran ABŞ-la bağlı İsveçrənin Tehrandakı müşavirini Xarici İşlər Nazirliyinə çağırıb

İran Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə

1333086
İran ABŞ-la bağlı İsveçrənin Tehrandakı müşavirini Xarici İşlər Nazirliyinə çağırıb

 

  İran Amerika Birləşmiş Ştatlarının ölkədəki diplomatik nümayəndəliyi vəzifəsini icra edən İsveçrənin Tehrandakı müşavirini Xarici İşlər Nazirliyinə çağırıb.

  İran Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə, ABŞ səlahiyyətlilərinin müharibə tərəfinə şərhləri və Birləşmiş Millətlər Təşkilatının müqaviləsini pozması ilə bağlı etiraz isveçrəli diplomata çatdırılıb.  

  Şərhdə bildirilir: “Rəsmi Tehran döyüş tərəfdarı deyil. Digər tərəfdən, İran heç bir təhdid və ağılsız cəhd qarşısında əlibağlı deyil və bütün gücüylə özünü müdafiə edəcək. ABŞ hökuməti əvvəlcə başqalarını sübutsuz-dəlilsiz günahlandırmaq yerinə, digər xalqlarla necə danışmaq lazım olduğunu öyrənməli və işğalçılıqdan əl çəkməlidir”.  

  Qeyd edək ki, İrana yaxınlığıyla bilinən Hizbullah Briqadaları (Ketaib Hizbullah) təşkilatı İraqın Kərkük şəhərindəki koalisiya qüvvələrinə hücum etmiş, 1 ABŞ vətəndaşı həyatını itirmiş, 4 amerikalı və 2 İraq əsgəri yaralanmışdı. Bundan sonra ABŞ Müdafiə Nazirliyi sözügedən mövzu ilə əlaqədar İraq və Suriyada təşkilata aid 5 hədəfi vurub, 28 adam ölüb, 48 nəfər yaralanıb. ABŞ-ın hücumlarını etiraz edən yüzlərlə adam dekabrın 31-də Bağdaddakı ABŞ Səfirliyinin qapısını qıraraq içəri girib və binaya zərər verib.



Әlaqәli Xәbәrlәr