Yəməndə hərbi paradı zamanı güclü partlayış oldu

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır.

1331340
Yəməndə hərbi paradı zamanı güclü partlayış oldu

 

  Dekabrın 29-da Yəmənin Dali əyalətində keçirilən Hizam əl-Əmni hərbi paradı zamanı güclü partlayış baş verib.

  Al-Arabiya telekanalının yaydığı ilkin məlumata əsasən, partlayış nəticəsində azı yeddi nəfər həlak olub, yaralananlar var.

  Paradın keçirildiyi yerə raket zərbəsi endirildiyi bildirilir.

  Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və sabiq prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

  Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.



Әlaqәli Xәbәrlәr