Əlcəzair prezidenti hökuməti qurmağı akademikə tapşırdı

Əlcəzair Prezident Aparatından verilən və ölkənin dövlət televiziyasınında yayımlanan məlumata görə...

1331210
Əlcəzair prezidenti hökuməti qurmağı akademikə tapşırdı

 

  Əlcəzair prezidenti Əbdülməcid Təbbun akademik Əbdüləziz Cerada hökuməti qurmağı tapşırdı.  

  Əlcəzair Prezident Aparatından verilən və ölkənin dövlət televiziyasınında yayımlanan məlumata görə, Ə.Təbbun Əlcəzair Universitetinin Siyasi İnformasiyalar fakültəsində müəllim çalışan əski diplomat Əbdüləziz Ceradı baş nazir təyin etdi və ona hökuməti qurmağı tapşırdı.

  Ə.Cerad mətbuata açıqlama verərək bildirdi: “Ölkə iqtisadi və ictimai çətinliklərlə qarşı-qarşıyadır. Mövcud çətinliklərin öhdəsindən gələ və böhranı aşa bilmək üçün bütün siyasi tərəflər və vətəndaşlarla birlikdə çalışacağıq”.

  Qeyd edək ki, Əlcəzairdə müxalifət və nümayişçilərin "rəhbərlikdə köklü dəyişikliklər edilmədən seçkiyə gedilməsin" tələblərinə baxmayaraq, 12 dekabrda prezident seçkiləri keçirildi, 58 faiz səslə Əbdülməcid Təbbun ölkənin yeni prezidenti oldu.



Әlaqәli Xәbәrlәr