Avstriya tarixində ilk dəfə

Avstriya tarixində ilk dəfə Mühafizəkarlar və Yaşıllar birgə hökumət qura bilərlər

1331343
Avstriya tarixində ilk dəfə

 

  Sentyabrın 29-da Avstriyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra aparılan koalisiya danışıqları artıq başa çatmaq üzrədir.

  Seçkidə qalib gələn mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP) və potensial tərəfdaş Yaşıllar Partiyasının rəhbərliyi danışıqlarda bütün böyük mövzularda razılaşma əldə olunduğunu elan ediblər.

  Sebastian Kurts (ÖVP) və Verner Koqler (Yaşıllar) qarşıdakı həftənin ortalarınadək koalisiya paktının hazır olacağına işarə ediblər. Hər iki partiyanın növbəti həftə sonuna öz konqresini çağırması da artıq hazırlanma mərhələsində olan pakta partiya üzvləri tərəfindən “xeyir-dua” almaq niyyətindən xəbər verir.

  Yaşıllar Partiyası ekologiya və enerji sektorlarını da özündə əhatə edən İnfrastruktur Nazirliyinə nəzarətdə maraqlıdır. Eləcə də səhiyyə və sosial məsələlər, ədliyyə, mədəniyyət və idman sahələri də danışıqlarda bu partiyanın payına düşüb. ÖVP isə onun üçün ənənəvi vacib resursları (daxili işlər və maliyyə) öz əlində saxlayacaq, bundan başqa isə müdafiə, iqtisadiyyat, xarici işlər, təhsil və kənd təsərrüfatı sahələrinə rəhbərlər bu partiyadan irəli sürüləcək.

  Koalisiya danışıqlarının yekun mərhələsində də gözlənilməz bir hadisə baş verməzsə, o zaman yanvar ayının ortalarınadək Avstriyada yeni hökumətin andiçmə mərasimi keçirilə bilər.

  Qeyd edilməlidir ki, Yaşıllar Partiyası hökumətdə təmsil olunacağı təqdirdə, bu, partiyanın yarandığı tarixdən (1986-cı il) bəri bir ilk olacaq.



Әlaqәli Xәbәrlәr