Somalidəki partlayış 90-dan çox adamın həyatına son qoydu

Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobilin partladılması nəticəsində 90 nəfərdən çox insan, o cümlədən aralarında iki Türkiyə vətəndaşının da olduğu dörd xarici ölkə vətəndaşı həlak olub.

1331079
Somalidəki partlayış 90-dan çox adamın həyatına son qoydu

 

  Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobilin partladılması nəticəsində 90 nəfərdən çox insan, o cümlədən aralarında iki Türkiyə vətəndaşının da olduğu dörd xarici ölkə vətəndaşı həlak olub.

  Ölkə parlamentinin üzvü Əbdürrəzzak Məhəmməd “twitter” səhifəsində ölənlər arasında 17 polis əməkdaşının da olduğunu yazıb.

  Bomba yüklü avtomobil çox sayda insanın toplaşdığı gömrük mərkəzi buraxılış məntəqəsinin yaxınlığında universitet tələbələrini daşıyan avtobusun keçdiyi zaman partladılıb.

  Polis hücumun hədəfində vergi xidmətinin olduğunu bildirib.

  Partlayış nəticəsində iş yerlərinə də ciddi ziyan dəyib.

  Türkiyənin Somalidəki səfiri Mehmet Yılmaz hücumda iki Türkiyə vətəndaşının da həyatını itirdiyini bildirərək deyib: “Yaralıların bir çoxu Moqadişuda yerləşən Rəcəb Tayyib Ərdoğan adına Təlim və Araşdırma (Ekspertiza) Xəstəxanasında müalicə alır. Səfirlik Türkiyədən Somalidəki yaralılar üçün təyyarə ilə təcili yardım istəyib”.

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə “twitter”dən paylaşdığı yazıda bildirib: "Moqadişuda törədilən xain terror hücumunda həyatını itirən iki vətəndaşımız və Somalidəki digər günahsız qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Həmişəki kimi daim Somalinin yanındayıq və terrora qarşı mübarizəmiz davam edir."

  Qeyd edək ki, hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Ümumiyyətlə isə Somalidə ən çox “El Qaidə” ilə əlaqəli “Eş Şebab” terror təşkilatı partlayış törədir.



Әlaqәli Xәbәrlәr