Mǝrkǝzi Afrika Respublikasında silahlı qarşıdurma, ölənlər olub

Mərkəzi Afrika Respublikasının paytaxtı Banquidə silahlı qüvvələr ilə sahibkarlar arasında baş vermiş qarşıdurmada 11 nəfər həyatını itirib.

1330327
Mǝrkǝzi Afrika Respublikasında silahlı qarşıdurma, ölənlər olub

Milli KİV-lərin məlumatına görə, müsəlman əhalinin sıx yaşadığı PK5 məhəlləsində silahlı qüvvələr ilə sahibkarlar arasında vergi ödənişləri səbəbindən başlayan münaqişələr nəticəsində silahlı qarşıdurma baş verib. 11 adamın həyatını itirdiyi qarşıdurmalarda xeyli sayda insan bədən xəsarəti alıb.

Qeyd edək ki, 2012-ci ildə başlayan vətəndaş müharibəsindən bir müddət sonra sülh razılaşmalarının imzalanmasına baxmayaraq başda paytaxt Banqui olmaqla bir çox şəhərdə təhlükəsizlik problemi hələ də davam edir.

2013-cü ildə xristian Anti-Balaka təşkilatı ilə müsəlman Seleka qruplaşması arasında baş verən və daha sonra vətəndaş müharibəsinə çevrilən qarşıdurmalarda minlərlə insan həyatını itirdi.



Әlaqәli Xәbәrlәr