İran, Rusiya və Çin donanmalarının ortaq hərbi təlimi

Üçlü hərbi təlim İranla ABŞ və bölgədəki müttəfiqi Səudiyyə Ərəbistanı arasında yaşanan gərginliyin mərkəzindəki Aden və Bəsrə körfəzlərini bir-birinə bağlayan Oman dənizində təşkil edilib.

1330611
İran, Rusiya və Çin donanmalarının ortaq hərbi təlimi

 

  İran, Rusiya və Çin donanmaları birlikdə Oman dənizi və Hind okeanının şimalında ortaq hərbi təlimlərə başladı.

  İranın “Tesnim” xəbər agentliyinin məlumatına görə, İran, Rusiya və Çin donanmalarının Hind okeanının şimalı və Oman dənizində 17 min kilometrlik sahəni əhatə edən bölgədə təşkil etdikləri manevr 4 gün sürəcək.

  "Dəniz təhlükəsizlik kəməri" adı verilən hərbi təlimlə bağlı İran Dəniz Donanmasının komandir köməkçisi və mətbuat katibi Qulam Rza Tehani deyib: “Beynəlxalq dəniz ticarəti təhlükəsizliyinin möhkəmləndirilməsi, quldurlarla mübarizə, dəniz terrorizmi, axtarış-xilasetmə bölgələrində məlumat mübadiləsi və taktiki əməliyyatlarda təcrübə paylaşması manevrin başlıca hədəfləridir.”

  Qeyd edək ki, üçlü hərbi təlim İranla ABŞ və bölgədəki müttəfiqi Səudiyyə Ərəbistanı arasında yaşanan gərginliyin mərkəzindəki Aden və Bəsrə körfəzlərini bir-birinə bağlayan Oman dənizində təşkil edilib.



Әlaqәli Xәbәrlәr