Liviyanın daxili işlər naziri Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyəcəklərini bildirdi

Milli Həmrəylik Hökumətinin daxili işlər naziri Fethi Başağa hava bazalarını xarici dövlətlərin üzünə açan Hafterin muzdlu qüvvələrinin qarşısı almaq üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyəcəklərini bildirdi.

1330171
Liviyanın daxili işlər naziri Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyəcəklərini bildirdi

Liviyanın qanuni legitimliyi olan Milli Həmrəylik Hökumətinin daxili işlər naziri Fethi Başağa hava bazalarını xarici dövlətlərin üzünə açan Hafterin muzdlu qüvvələrinin qarşısı almaq üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyəcəklərini bildirdi.

Başağa Tunisin paytaxtı Tunisdə jurnalistlərə veridiyi açıqlamada qiyamçı Hafterin ölkəsindəki Birləşmiş Ərəb Əmirliklərinə hərbi baza verdiyini bildirərək, Rusiyanan təhlükəsizlik şirkəti “Wagner”ə mənsub xarici döyüşçülər, Cancavid milisləri və çadlı üsyançıların cəbhədə birlikdə döyüşdüyünü söyləyib.

Başağa “Hava bazalarını xarici dövlətlərin üzünə açan Hafterin muzdlu qüvvələrin qarşısını almaq üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək isteyəcəyik” deyə bildirib.

Liviyanın “beynəlxalq legitimliyə sahib qanuni hökumətinin olduğunu vurğulayan Başağa “Türkiyə, Tunis və Əlcəzairlə əməkdaşlıq içində xalqımıza, təhlükəsizliyimizə və sabitliyimizə xidmət göstərən bir ittifaq içində olacağıq” ifadəsini işlədib.

Başağa BMT-nin himayəsində həyata keçəcək və bütün liviyalıları ehtiva edəcək bir təşəbbüsü də məmnunluqla qarşıladıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr