Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyada prezident seçkilərinin birinci turunda namizdələrdən heç biri qələbə qazana bilmədi.

1327729
Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasının namizədi Zoran Milanoviç və ölkənin keçmiş baş naziri, hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç prezident seçkilərinin ikinci turunda iştirak edəcək.

Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, seçki bülletenlərinin 96%- sayılıb. Həmin nəticəyə görə Milanoviç 29,6%, Kolinda Qrabar-Kitaroviç 26,77%, müğənni və iş adamı Miroslav Şkoro isə 24,42 % səs toplayıb.

Beləliklə, namizədlərdən heç biri səslərin yarısından çoxunu, yəni 50% üstəgəl bir səs toplamadığına görə seçkilərin ikinci turu baş tutacaq və bu mərhələdə Zoran Milanoviçlə Kolinda Qrabar-Kitaroviç mübarizə aparacaq. 

İkinci tur yanvarın 5-nə planlaşdırılıb. 

 



Әlaqәli Xәbәrlәr