Liviyada Milli Həmrəylik Hökuməti Hafterə sadiq qüvvələrə qarşı hücum başladıb

Liviyada beynəlxalq miqyasda rəsmiyyətdə tanınan Milli Həmrəylik Hökuməti paytaxt Tripolunun cənubundakı Salahaddin cəbhəsində qiyamçı general Xəlifə Hafterə sadiq qüvvələrə qarşı şiddətli hücum başladıb.

1327846

Milli Həmrəylik Hökumətinin həyata keçirdiyi Burkan əl-Qadab əməliyyatının sözçüsü Mustafa əl-Meci hücum nəticəsində bir sıra əhəmiyyətli məntəqələrdə nəzarəti ələ keçirdiklərini bildirib.

Meci Milli Həmrəylik Hökuməti qüvvələrinin Salahaddin bölgəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

Liviyanın şərqindəki silahlı qüvvələrin başçısı qiyamçı Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermiş, bunun qarşısında beynəlxalq qanuniliyi olan Liviya Milli Həmrəylik Hökuməti qüvvələri qarşı əməliyyat başlatmışdı.

Hafter son olaraq 12 dekabrda Tripoliyə “İstiqamətləndirən müharibə” adı altında yeni hücum əmri vermişdi.

Hafterin hücum əmrinə görə ölkənin qərbində, başda Misrata olmaqla 10 şəhərdə səfərbərlik elan edilib.

Әlaqәli Xәbәrlәr