Liviya ‘Milli Həmrəylik Hökuməti’ Yunanıstana sərt reaksiya verdi

Liviyada beynəlxalq ictimaiyyət tərəfindən ölkənin legitim rəhbərliyi kimi qəbul edilən milli həmrəylik höküməti Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendiasın Benqaziyə səfərinə sərt reaksiya verib. Səfərlə beynəlxalq qərarların pozulduğunu bildirb.

1327813
Liviya ‘Milli Həmrəylik Hökuməti’ Yunanıstana sərt reaksiya verdi

Liviya milli həmrəylik hökumətinin Xarici işlər naziri Məhəmməd Seyyalə nazirliyin sosial media hesabında əks edən açıqlamasında : “Yunanıstan Xarici işlər nazirinin Benqazi şəhərini ziyarəti Birləşmiş Millətlər Təşkilatı, Təhlükəsizlik Şurası, Ərəb Birliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Afrika Birliyi və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qərarlarının pozulması mənasını verir. Bu beynəlxalq təşkilatların hamısı milli həmrəylik hökumətini liviyadakı yeganə legitim hökumət olaraq qəbul edir və Haftar ilə heç bir rəsmi münasibəti müsbət qarşılamır”- deyə vurğulayıb.

Xatırladaq ki, Yunanıstan Xarici İşlər Naziri Dendias, dünən Benqaziyə reallaşdırdığı səfər çərçivəsində başda Xəlifə Hafter olmaqla sözdə rəhbərlik rəsmiləri Abdullah Sinni və Abdulhadi əl-Havic ilə görüşdü.

 



Әlaqәli Xәbәrlәr