Əfqanıstan prezidenti yenidən prezident oldu

Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Aləm Nuristani mətbuata açıqlamasında prezident seçkilərinin ilkin mərhələsinin nəticələrini söyləyib.

1327542
Əfqanıstan prezidenti yenidən prezident oldu

 

  İlkin nəticələrə görə, Əfqanıstanda Əşrəf Qani yenidən respublika başçısı seçildi.

  Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Aləm Nuristani mətbuata açıqlamasında prezident seçkilərinin ilkin mərhələsinin nəticələrini söyləyib.

  H.A.Nuristaninin bildirdiyinə görə, Əşrəf Qani 50,64 səs toplayaraq birinci, Əfqanıstan İcra Hakimiyyəti başçısı Abdullah Abdullah ikinci, Qulbəddin Hikmetyarın isə üçüncü olub.  

  Prezident seçkilərində 2 milyondan az adam iştirak edib. Etibarlı səs sayı 1 milyon 843 min olub.  

  Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədrinin bildirdiyinə görə, namizəd və seçicilərin etiraz və şikayət haqları var. Bu etiraz və şikayət müraciətləri qiymətləndirildikdən sonra son nəticə açıqlanacaq.



Әlaqәli Xәbәrlәr